Türkiyə hərəkətə keçdi, Yunanıstanda çaxnaşma baş verdi

99

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Şərqi Aralıq dənizində atdığı addımlar Yunanıstanda ciddi əks-səda doğurub. Yunan qərargahları biri 2020-2021, digəri isə 2020-2025-ci illəri nəzərdə tutan iki ayrı silahlanma proqramı üzərində çalışırlar. Yunan mətbuatının yazdığına görə, hökumət “Oruç Reis” böhranı ilə əlaqədar ölkədə 10 il davam edən iqtisadi böhranla bağlı Silahlı Qüvvələrə qarşı tətbiq edilən “toqqanı sıxmaq” (qənaət) siyasətini dayandırmağı qərara alıb.

Bu çərçivədə ilkin mərhələdə 1-1,5 milyard avro xərclənəcək. Bu məbləğ mühüm hissəsi uça bilməyən 44 ədəd Fransa vertolyotuna, quru və dəniz qüvvələrindəki nasaz vertolyotlara ehtiyat hissələr alınmasına ayrılacaq. Həmçinin, Almaniyadan sualtı qayıqlar da satın alınacaq. 5 illik silahlanma proqramında ən böyük paya Fransa sahibdir – Yunanıstanın Hava Qüvvələrinə 12 və ya 18 ədəd “Rafale” tipli hərbi təyyarənin satın alınması müzakirə edilir. Dəniz qüvvələri üçün isə 4 freqatın modernləşdirilməsi ilə yanaşı, Fransadan yeni freqatlar (2-2,5 milyard avro həcmində) satın alınması planlaşdırılır.