Türkiyə Gürcüstanın Silahlı Qüvvələrini yeni hərbi texnikalarla təchiz edib

240

Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə ölkənin hərbi mühəndislik və logistika sahələrinin inkişafı üçün müdafiə qüvvələrinin 12 hərbi hissəsinin inventarına 12 ədəd çoxfunksiyalı, zirehli ekskavator və 35 avtobus – Neocity markasının BMC modeli- daxil edildi.

Avadanlığın alınması Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində baş tutub. Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Cazqan maddi – texniki vasitələrin rəsmi təhvil mərasimində iştirak etdilər. Onlar 4-cü mexanikləşdirilmiş briqadanın anbarında nümayiş olunan avadanlıqları yoxladılar.

İrakli Qaribaşvili, Gürcüstanın müdafiə qüvvələrini dəstəklədiyinə görə türk diplomatına təşəkkür etdi.

Ekskavator- daşıyıcı maşınlar yükləyicilər, onların çox funksiyalı olmasını təmin etnək üçün müxtəlif  konfiqurasiyalarla təchiz olunmuşdur. Müdafiə Nazirliyinə ayrıca kayutlar də verildi. Neocity tipli avtobuslar 8,5 metrdir, hərbi nəqliyyatın tələblərinə tam cavab verir.

Gürcüstan və Türkiyə uzun illərdir müdafiə sahəsində müxtəlif istiqamətlərdə uğurla çalışırlar. Türk tərəfi maddi və maliyyə yardımı ilə Gürcüstan Silahlı Qüvvələrinin inkişafına töhfə verib.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Cazqan dedi:

′ ′ Türkiyə Gürcüstanın NATO-da iştirakını, Gürcüstanın silahlı qüvvələrinin inkişafını dəstəkləyir. Bunun üçün ikitərəfli əməkdaşlıq proqramlarımız var. Bu proqramlardan birinin köməyi ilə biz müdafiə sahəsinə logistika imkanlarını inkişaf etdirmək fürsəti verildi. Burada şəxsi nəqliyyat üçün istifadə olunan iş maşınları və avtobusları görə bilərsiniz. Deyim ki, NATO-nun silah və sursatı ilə dəstək olmağı düşünürük. Əməkdaşlıq və şəffaf iş üçün Gürcüstan Müdafiə Nazirliyinə təşəkkür edirəm”.

Tərcümə etdi: Ülviyyə Şükürova