Türkiyə dünyada yenidən öz yerinə qayıdır – Qalın

96

Türkiyə dünyada yenidən öz yerini tutur. Avropa mərkəzli tarix bizim üfüqlərimizi məhdudlaşdırmışdı.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.

“Özümüzə aid yeni şeylər ortaya qoymaq üçün tarixin dərinliklərinə varmaq lazımdır. Baxış bucağını düzgün müəyyənləşdirməliyik”, – Qalın bildirib.

O, türk insanının Qərb insanına bənzəmək cəhdlərinə müsbət yanaşmadığını qeyd edib.