Türkiyə Azərbaycana ordu göndərir

120

Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə parlamentinə təqdim edilib

Qarabağdakı Birgə Monitorinq Mərkəzinin yerini Azərbaycan müəyyənləşdirəcək

Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən sənəd Türkiyə Prezident Administrasiyası tərəfindən parlamentə təqdim olunub.

Onu da qeyd edək kiI Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı suallara da aydınlıq gətirilir. Layihədə bildirilir ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək.

“Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin görəcəyi fəaliyyətlərdə Türkiyə Silahlı Qüvvələri heyətinin və ehtiyac olarsa, ölkəmizdən mülki əməkdaşların fəaliyyət göstərməsinin 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun ölkəmizin öhdəliklərinə müvafiq olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul edən beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsipləri ilə uyğun gəlməsi bölgə xalqlarının da əmin-amanlıq və rifahı üçün faydalı olacağı, həmçinin milli maraqlarımız baxımından lazım olduğunu qiymətləndirilir”, – sənəddə qeyd olunub.

KƏNAN