Türkiyə Aralıq sahillərində təklənir, müharibəyə çəkilir: Bakıdan dəstək…

150

Aralıq dənizinin şərq sahillərində yeni bir müharibə alovlana bilər. Hərçənd analitiklər bu riskin yüksək olduğu qədər reallaşmasını az ehtimal hesab edirlər. “Yeni Müsavat” xəbər verir ki, söhbət Yunanıstan və Türkiyənin müharibə ərəfəsində olmasından gedir.

Rəsmi Afina guya hüquqi əsaslarla öz dəniz sərhədlərini genişləndirməyə çalışır. Nəticədə Türkiyənin sahil boyu ərazilərinin Yunanıstanın əlinə keçməsi təhlükəsi yaranır.

İki ölkə arasında Şərqi Aralıq və Egey dənizində yaşanan gərginlik digər maraqlı dövlətlərin də prosesə qoşulmasına səbəb olub.

Yunanlar 1982-ci il konvensiyasını əsas gətirərək, Türkiyə ilə arasındakı ərazi sularının 12 mil olmasını tələb edir.

Türkiyə isə iki ölkə arasında ərazi sularının 1961-ci il konvensiyasına əsasən 6 mil olmalı olduğunu bildirir.

Türkiyə BMT-nin 1982-ci il tarixli 3 nömrəli beynəlxalq dəniz hüququ konvensiyasına qoşularkən dövlət sularını 1961-ci il konvensiyasına uyğun olaraq 6 mil qəbul edib.

Türkiyə bu şərti ona görə qoymuşdu ki, Yunanıstan bu məsafənin nə vaxtsa 12 mil olaraq uzanmasını tələb edə bilməsin.

İndi isə Ankaranı müharibəyə çəkirlər və açıq şəkildə haqsızlığa yol verilərək Afina dəstəklənir.

AMERİKAN DENİZ KUVVETLERİ TÜRK DENİZ KUVVETLERİNİN YÖNTEMİNİ UYGULAMAYA  BAŞLADI" - Savunma Sanayi

Hazırda İsrail, Misir və ABŞ kimi ölkələr Yunanıstanı dəstəkləyirlər. Əslində ABŞ münasibətlərin münaqişəyə çevrilməsini istəmir.

Lakin bəyanatlar daha çox Türkiyəyə qarşı istiqamətlənir. Avropa Birliyi isə təbii ki, Yunanıstanı dəstəkləyir.

Əslində burada əsas məqsəd Türkiyəni Aralıq dənizi sahillərinə sıxışdırmaq və orada saxlamaqdır.

Demək olar ki, bölgədə olan bütün qüvvələr hazırda antitürk koalisiyası yaradıb. Təkcə Liviya bu qruplaşmada yoxdur. Çünki indiki Liviya hökuməti Türkiyə ilə müttəfiqdir.

Dünyanın əksər güclərinin yunanların yanında yer alması, türklərə qarşı birləşməsi dost və qardaş ölkəyə Azərbaycanın dəstək verməsini labüd edir.

Tovuz döyüşlərində, ümumən Qarabağ məsələsində Azərbaycana hər cür dəstəyini əsirgəməyən, bizim milli maraqlarımızı öz maraqlarından ayırmayan Türkiyəyə indiki situasiyada açıq şəkildə dəstək verilməlidir.

Ad günü ildə bir dəfə olur, onlara quru “sağ ol” deyim?” — Aydın Mirzəzadə

Aydın Mirzəzadə: “Kimsə Ankara ilə zarafat etməsin, hərbi gücünü yoxlamaq fikrinə düşməsin, qardaş Türkiyənin yanındayıq, ona təzyiqləri pisləyirik”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin yanındayıq:

“Bu məsələyə bir deputat, bir Azərbaycan vətəndaşı və Türkiyəni sevən insan kimi münasibət bildirmək istərdim.

Azərbaycan Türkiyənin yanındadır, onun ərazi bütövlüyünü, suveren hüquqlarını qorumaq istiqamətində fəaliyyətini dəstəkləyir.

Türkiyənin bu məsələdə də mövqeyi ortadadır. Bu problemin beynəlxalq hüquqa söykənərək həllinin tərəfdarıyıq və danışıqlarla məsələ yoluna qoyulmalıdır.

Ancaq əfsus ki, Türkiyəyə qarşı cəbhə yaratmaq istəyində olan qüvvələr var. Siyahıya baxanda təəssüf hissi keçiririk, bu qüvvələrin içində Türkiyə ilə fikir ayrılığı olan ölkələr birləşiblər.

Ankara Üniversitesi'nde Libya-Türkiye anlaşması paneli

Halbuki hansısa dövrdən sonra Türkiyə ilə qarşıdurmanın nə özlərinə, nə beynəlxalq birliyin xeyrinə olmadığı qənaətinə gələcəklər. Çünki məsələnin diplomatik yolla həlli lazımdır”.

A.Mirzəzadə qeyd etdi ki, bu işin hərbi yolla həlli perspektivi yoxdur və gərginliyi artırmaq yolverilməzdir: “Bu məsələdə Türkiyəyə təzyiq göstərilməsini pisləyirik.

Türkiyə nüfuzu, qüdrəti, dünyada yeri olan ölkələrdən biridir və heç bir ölkənin ərazilərinə iddia etmir, sülh, əmin-amanlığın olmasını istəyən dövlətdir. Biz bu gərginliyi diqqətlə izləyirik və tezliklə aradan qalxmasını arzulayırıq.

Bir azərbaycanlı kimi qardaş Türkiyənin yanında olduğumu bildirirəm və hərbi təzyiq göstərilməsini pisləyirəm.

Kimsə Türkiyə ilə zarafat etməsin, onun hərbi gücünü yoxlamaq fikrinə düşməsin. Bunu etmək istəyənlər türk əsgərinin öz torpağı üçün hansı fədakarlığı göstərəcəyini bir daha görəcəklər”.

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

Asim Mollazadə: “Azərbaycan öz dəstəyini ifadə edib, bu gərginlik danışıqlarla həll olunmalıdır”

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyəyə dəstək ifadə olunub.

“Azərbaycan öz dəstəyini ifadə edib. Sadəcə, bu prosesdə yalnız siyasi dəstək mümkündür. Ona da Xarici İşlər Nazirliyi səviyyəsində mövqe bildirilib və dəstək verilib.

Hesab edirəm ki, bu gərginlikdə aparıcı ölkələr danışıqlar üçün vasitəçilik rolu olmasını oynamalıdır.

Xüsusən də NATO ölkələri prosesə qarışmalıdırlar və danışıqlarla həll olunmalıdır”, – deyə deputat vurğuladı.

A.Mollazadənin sözlərinə görə, hərbi qüvvələr bölgəyə cəlb olunub: “Almaniya vasitəçilik təklif edib. Amma hələlik heç bir razılıq yoxdur.

Ümumiyyətlə, bu məsələdə birmənalı haqlı tərəf anlayışından söhbət getmir. Konvesiyaya baxanda görə bilərik ki, yunanlar adalarda silahlı qüvvələrini yerləşdirə bilməzdi.

Bununla Afina konvensiyadakı şərtləri pozub. Bundan qabaq da Kipr problemində müxtəlif təkliflər olub, amma yunan tərəfi razılaşmayıb.

İndi isə köhnə problemlərin üzərinə yeniləri də gəlib. Bu məsələnin yoluna qoyulmasının yeganə yolu danışıqlar olmalıdır”.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri Qabil Hüseynlinin sözlərinə görə, Yunanıstanın Türkiyəyə qarşı hərbi xərclərini artırması həm bu ölkəni, həm də Avropa İttifaqını ciddi bir iqtisadi böhran qarşısında qoya bilər.

AZERBAYCAN DONANMASI TÜRKİYE İLE BİRLİKTE AKDENİZ'E İNİYOR - Savunma Sanayi

Onun fikrincə, Yunanıstan və Türkiyə faktiki olaraq müharibə ərəfəsindədir, lakin iki ölkənin müharibə etməsi heç də real deyil.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Axar.az-a deyib ki, rəsmi Afina haqsızdır: “Yunan adaları arasındakı məsafə çox qısadır.

Əgər məsafə Afinanın istədiyi kimi, yəni 1982-ci il konvensiyasına görə həll olunsa, onda bəhs etdiyimiz ərazi Yunanıstanın dövlət suları olacaq.

Yəni Türkiyə rəsmi Afinadan icazəsiz nə Egeydə, nə də Şərqi Aralıqda qayıq belə üzdürə bilməz.

Türkiyə bu səbəbdən bu gün Yunanıstanla gərginlik yaşayır. Bu plan Egey dənizinin faktiki olaraq Yunanıstanın daxili dənizi olması deməkdir”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında rəsmi Ankaranın mövqeyini dəstəkləyib: “Azərbaycan tərəfi tarixən Aralıq dənizi bölgəsinin inkişafı və tərəqqisində mühüm rol oynamış qardaş Türkiyənin bölgədə sülh və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq hüquqa söykənən bütün addımlarını qətiyyətlə dəstəkləyir və mövcud gərginliyin tezliklə həllini tapacağına ümidini ifadə edir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”