Türkiyə Afrikada hərbi baza qurur.

120

 

Qiyamçı  Həftər  çətin vəziyyətdə  Hurriyyet.org  xəbər verir ki, Türkiyə Afrikada, Sahel regionunun  əsas bölgəsi  və  Liviyanın cənubdan qonşusu olan Nigeriyada hərbi baza qurmağa hazırlaşır. Türkiyə hərbçiləri həm də Nigeriya hərbçilərinə hərbi təlim verəcəklər.

Bu ilin iyul ayında Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Nigeriyada rəsmi səfərdə olub. Çavuşoğlu həmin səfər zamanı qarşı tərəflə hərbi təlim, gənclik və idman sahələrində əməkdaşlıq müqavilələri imzalayıb.

Nigeriyadan sonra Türkiyənin Liviya ilə qonşu olan digər bir ölkədə – Çadda bənzər addımlar atmağa, baza qurmağa hazırlaşması barəsində xəbərlər Afrika mətbuatında dərc edilib.

Nigeriya ilə hərbi sahədə əməkdaşlıq Liviyanın qanuni hökumətini dəstəkləyən Türkiyənin regiondakı varlığını gücləndirəcək, Liviyada çevrilişçi Həftərın daha da  sıxışmasında səbəb olacaq.