TÜRKİYƏ AFİNANIN HƏYASIZ İDDİASINI RƏDD EDİR – “Beynəlxalq hüquqa ziddir”

78

Ankara Aralıq dəniznin şərq hissəsinə Afinanın tələbini rədd edir. “Yunanıstan hakimiyyətinin maksimalçı mövqeyi beynəlxalq hüquqla və beynəlxalq məhkəmə instansiyalarının qərarları ilə ziddiyyət təşkil edir” – deyə, iyulun 22-də Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hami Aksoy bəyan edib. Bu barədə xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.

Türkiyəli diplomat diqqəti Türkiyənin «Oruc Reis» gəmisi təəfindən Aralıq dənizinin şərq hissəsində seysmik kəşfiyyat işlərinin davam etdirilməsinə yönəldib.

“İyulun 21-dən başlayaraq, yataqların axtarışı və kəşfiyyatı işlərinin növbəti fazası həyata keçirilir. Sekysmik kəşfiyyat Türkiyənin kontinental şelfi zonası çərçivəsində aparılır və bu barədə Ankara Birləşmiş Millətlər Təşkilatına məlumat verib” – Aksoy bildirib.

O, xatırladıb ki, Aralıq dənizinin elə həmin sektorunda artıq bundan əvvəl seysmik kəşfiyyat işlərini «Barbaros Hayrettin Paşa» gəmisi aparıb.

«Buna baxmayaraq, Afina Türkiyə gəmilərinin hərəkətinə yenidən etiraz edib və bildirib ki, bu şelfə hüququ var. Bununla, yunan tərəf Meis (yunanca adı – Kastelorizodur) adasına yönəlik öz mövqeyini əsaslandırmağa çalışır. Ada Yunanıstan sahillərindən uzaqda yerləşir. Buna uyğun maksimalist mövqe beynəlxalq hüquq nomaları və məhkəmə qərarları ilə ziddiyyət təşkil edir» – Aksoy bəyan edib.

Türkiyə xarici siyasət idarəsində diqqəti yenidən belə bir fakta yönəldiblər ki, Meis adasının sahəsi 10 kvadrat kilometr təşkil edir və o, Türkiyə sahəllərinin 2 kilometrliyində, Yunanıstan sahillərindən isə 570 kilometr uzaqda yerləşir.

“Bu adanın dəniz zonası 40 min kvadrat kilometr təşkil edə bilməz. Yunan tərəfin bu tezisi rasionallıqdan uzaqdır və hüquq normaları ilə heç bir bağlılığı yoxdur. Ona görə də bizim ölkəmiz Afinanın möqeyini rədd edir” – Türkiyəli diplomat qeyd edib.

Onun sözlərinə görə, Ankara Afina ilə dialoqa hazır olduğunu bəyan edir və dənizə olan öz qanuni hüquqlarını müdafiə etməkdə tam qərarlıdır.

Xəbər verildiyi kimi, Meis adası yaxınlığında Türkiyənin qazma işlərinə başlamaq barədə niyyətinə görə, Yuanıstanın siahlı qüvvələri bu ərəfədə yüksək döyüş hazırlığı vəziyyətnə gətirilib.

Bundan əvvəl Türkiyənin «Aksaz» hərbi-dəniz bazasında fəallıq müşahidə olunub – oradan 15 gəmi çıxıb və bu da Afinada həyacan doğurub. Sözügedən rayonda həm də Türkiyə döyüş aviasiyasının fəallığı müşahidə olunur./AzPolitika.info/