Türkiyə ABŞ-ın Cənubi Kipri dəstəkləyən qərarına etirazını bildirdi: “Cavab addımları atacağıq”

45

“Müttəfiqlik ruhu ilə bir araya sığışmır”

Hurriyyet.org xəbər verir ki, Türkiyə ABŞ-ın Cənubi Kipr Yunan Respublikasına silah embarqosunu ləğv edilməsi qərarına etirazını bildirib.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: “ABŞ-ın açıqladığı qərar Kipr adasında yaşayan iki xalq arasındakı bərabərliyi və balansı heç hesab edir. Şərqi Aralıq dənizində gərginliyin azaldılması məqsədi ilə səy göstərildiyi bir dövrdə ABŞ-ın regionda sülh və sabitlik şəraitini zəhərləyən bu cür bir qərarın altına imza atması müttəfiqlik ruhu ilə bir araya sığışmır. ABŞ-ın bu qərarı nəzərdən keçirməsini, regionda sülhün və sabitliyin bərqərar olması üçün edilən səylərə dəstək olmasını gözləyirik. Əks təqdirdə, Türkiyə təminatçı ölkə olaraq hüquqi və tarixi məsuliyyətinə uyğun olacaq şəkildə Kipr Türk xalqının təhlükəsizliyini təminat altına alacaq lazımi cavab addımlarını qətiyyətli şəkildə atacaqdır”.