Türkiyə ABŞ-a ikinci yardım təyyarəsini göndərdi

27

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, humanitar yardımla dolu olan ikinci hərbi yük təyyarəsi Türkiyədən ABŞ-a yola düşüb. Türkiyə Birləşmiş Ştatlara yeni tipli koronavirusla mübarizə aparılması üçün  tibbi ləvazimatlar göndərib.

Bundan əvvəlki yardım təyyarəsi ilə birlikdə ABŞ prezidenti Donald Trampa Türkiyə prezidenti R.T.Ərdoğanın pandemiya bəlasına qarşı həmrəylik məktubu təqdim edilmişdi.

Hurriyyet.org