Türkiyə ABŞ-a iki təyyarə tibbi yardım göndərdi, ABŞ da həmin gün PKK/YPG-yə tibbi ləvazimat təhvil verdi

48

Hurriyyet.org xəbər verir ki, ABŞ ordusunun İraq-Suriya Xüsusi Əməliyyatlar Ortaq Xidmət Qüvvəsinin rəsmi “Tvitter” hesabında yeni tipli koronavirusla mübarizə çərçivəsində PKK/YPG-yə tibbi ləvazimat göndərildiyi bəyan edilib.

Yeni tipli koronavirusun ən böyük zərbəni vurduğu və tibbi ləvazimat sarıdan əziyyət çəkən ABŞ ötən gün Türkiyədən tibbi yardım aldıqdan sonra elə həmin gün Suriyadakı PKK terrorçulara tırlarla tibbi avadanlıq göndərib. Bu barədə məlumat Pentaqonun rəsmi saytında verilib.

Ankara bu həftə içərisində ABŞ-a iki təyyarə dolusu tibbi ləvazimat göndərib. Təyyarələrdə maskadan, qoruyucu geyimə qədər hər şey olub. Amerika rəhbərliyi bu yaxşılığlın qarşısında Türkiyəyə quru təşəkkür etdikdən sonra elə həmin gün Türkiyə dövlətinə qarşı terror dəhlizi yaratmağa çalışan, ona silah qaldıran PKK/YPG terrorçularına tibbi ləvazimat, maska və dezinfeksiya məhsullarından ibarət böyük miqdarda yardım göndərib.

Hurriyyet.org