Türkiyə 4 müddəa irəli sürdü: Misirlə Yunanıstan arasındakı razılaşma qanuni deyil

114

 

Hurriyyet.org xəbər verir ki, aralarında dəniz sərhədi olmayan Yunanıstanla Misir arasında  dəniz sərhədləri razılaşması imzalandıqdan sonra Türkiyə bu anlaşmanın beynəlxalq dəniz hüququ müqaviləsinə zidd olduğunu bildirib və 4 əsas müddəa ilə bu razılaşmanın “yox hökmündə” olduğunu elan edib.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə bu müddəalar aşağıdakılardır:

Adalar səlahiyyət sahəsi yarada bilməz: Türkiyə yunan adalarının sahil suları xaricində dəniz səlahiyyəti sahəsinə malik olmadığını bildirib. Buna görə, Misirlə Yunanıstan

arasında bölgədəki yunan adalarına əsaslanmaqla dəniz sərhədi müəyyənləşdirilə bilməz. Beynəlxalq məhkəmə qərarlarını nümunə göstərən Türkiyə öz dəniz sərhədlərini bölgədəki yunan adalarını nəzərə almadan, qitə torpaqlarına əsasən müəyyənləşdirib.

BMT-yə təqdim edilmiş dəniz sahələrinə ziddir: Yunanıstanla Misir arasında imzalanmış pirat müqavilə Türkiyənin BMT-yə bildirdiyi, Aralıq dənizinin şərqindəki dəniz sərhədlərini pozur.

Türkiyə-Liviya dəniz sərhədini pozur: pirat razılaşma Türkiyənin, Liviya Milli Barışıq Hökuməti ilə imzaladığı dəniz səlahiyyəti sahələrinin sərhədləri razılaşmasını da pozur.

TPAO sənədlərini də pozur: Türkiyə Petrolları Anonim Ortaqlığı şirkətinin Aralıq dənizində neft axtarışı üçün aldığı icazə də pirat razılşma vasitəsilə pozulmuş olur.

Liviya: “Hüquqlarımızı poza bilməzlər”

Liviyanın Xarici İşlər Nazirliyi də Yunanıstan ilə Misirin qondarma dəniz sərhədləri səlahiyyəti razılaşmasına  etirazını bildirib: “Liviyanın dəniz hüquqlarının pozulmasına imkan verməyəcəyik. Türkiyə ilə imzaladığımız Razılaşma Memorondumunun qüvvədə qaldığını təkrar edirik. Liviya həmsahil ölkələri uzalaşmağa və beynəlxalq hüququn prinsiplərinə əsasən dəniz sərhədlərini müəyyənləşdirməyə dəvət edir”.