Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 80 miqrant saxlanılıb

60

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 80 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, onlardan 40 nəfəri Türkiyənin Muğla vilayətinin Marmaris, digərləri isə Aydın vilayətinin Quşadası rayonlarında ələ keçiriliblər.

Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların rezin qayıqlarla qanunsuz yollarla Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Aralarında qadınların və uşaqların da olduğu miqrantlar tibbi müayinədən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.