Türk ordusu gündən-günə güclənir! – XÜSUSİ TƏYİNATLI DƏNİZ QÜVVƏLƏRİ YARADILIR

    21

    Azərbaycanla Türkiyənin birgə enerji nəqli xəttini də qoruyacaq

    Hurriyyet.org xəbər verir ki, Türkiyədə Aralıq dənizi və Qara dənizdə xidmət edəcək dəniz komandaları yaradılır.

    Enerjidə dəhliz ölkə olan və son dövrdə əhatəsindəki Aralıq dənizi və Qara dənizdə neft və təbii qaz axtarışlarını gücləndirən Türkiyə dənizdəki enerji xəttlərini, təbii qaz və neft platformalarını və gəmiləri qoruyacaq xüsusi təyinatlı dəniz qüvvələri qurmaqdadır.

    Qara dənizdə Rusiya ilə Türk Axını, Azərbaycanla birlikdə Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihələrini həyata keçirən, “Oruç Reis” və “Barbaros Hayreddin Paşa” gəmiləri vasitəsilə seysmik kəşfiyyat işləri aparan, “Fatih” gəmisi vasitəsilə ilk dərin dəniz qazma işlərinə Alanya sahillərində başladan Türkiyə Aralıq dənizinin şərqində aparılan enerji savaşında ard-arda qəti addımlar atmaqdadır. Bu çərçivədə ölkənin uğurlarını qoruyacaq alternativ təhlükəsizlik qüvvələri üçün işlər sürətlənib.

    Enerji təhlükəsizliyi məqsədilə qurulan Dəniz Təhlükəsizlik Qüvvələrinin (DTQ) 2023-cü ilə qədər fəaliyyətə başlaması nəzərdə tutulur.

    DTQ-nin vəzifələri

    2023-cü ilə qədər xidmətə başlaması nəzərdə tutulan Dəniz Təhlükəsizliyi Komandalarının ilk fəaliyyət sahələri İstanbul və Çanaqqala boğazları olacaq. Əsas vəzifəsi enerji xətlərini qorumaq olacaq Dəniz Komandalarının əsas xidmət sahələrinin aşağıdakıların olacağı nəzərdə tutulur:

    * Türkiyənin ətrafındakı dənizlərdə enerji nəqli xətləri, təbii qaz və neft platformaları, sahillərdəki strateji əhəmiyyətə malik müəssisələr qorunacaq, mümkün hücumların qarşısı alınacaq.

    * Dəniz vasitəsilə ölkəyə daxil olmağa və ya xarici ölkəyə çıxmağa çalışan terrorçuların qarşısı alınacaq. Dənizdə baş verə biləcək terror hadisələrinə qarşı müdafiə və təhlükəsizliyi təmin edəcək.

    * Türkiyəyə məxsus dəniz sularındakı boğazlardan keçən təhlükəli və partlayıcı maddələr daşıyan gəmilər müşayiət ediləcək və təhlükəsizlikləri qorunacaq.

    * Limanlara daxil olan türk və xarici hərbi gəmilər, dənizdə və ya sahil bölgələrində fəaliyyət göstərən dövlət əhəmiyyətli şəxslərin təhlükəsizlikləri qorunacaq.

    * Qaçqınların qanunsuz şəkildə daşınmasının, narkotik alverinin qarşısı alınacaq.

    * Dənizlərin kəşfiyyatı və müşahidəsində radar sistemləri ilə yanaşı, pilotsuz təyyarələrdən də istifadə ediləcək.

    Hurriyyet.org