Türk əsgərləri İraqda uğurla irəliləyir – TERROR YUVASI QƏNDİLİN QAPISINA ÇATDILAR

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyə qüvvələrinin Qəndilə açıqlan qapı kimi qiymətləndirilən Barazgir vadisinə daxil olduğu xəbəri verilib.

    TSQ Suriyanın şimalında PKK terror təşkilatının bazasının yerləşdiyi Afrin şəhərində əməliyyatını başa çatdırdıqdan sonra İraqın şimalındakı terror düşərgələrini hədəfə alıb.

    Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Hakurk, Bermize, Kalereş və Sidekan üçün nəzarət sahəsi olan Bradost bölgəsinə nəzarəti tamamilə ələ alıb. TSQ Şimali İraqın 22 km dərinliyinə daxil olub.

    Qəndilə qaçıblar

    Bradost ərazisinə daxil olan, Hakurk, Bermize, Kalereş və Sidekanın daxil olsuğu geniş ərazidə 2 ay davam eən əməliyyatlardan sonra təşkilatın 14 ədəd yüksək vəzifəli rəhbərinin bölgəni tərk elədiyi bildirilir. Xüsusi mənbələr Afrin əməliyyatı zamanı Türkiyəyə sızmağa çalışan 2 min nəfər terrorçunun Türkiyəyə keçmədən Qəndilə geri qayıtdıqlarını bildirib. Terrorçuların Bradostda çox itki verdiklərini söyləyən yerli mənbələr deyiblər: “Terrorçuların toplaşdıqları bazalar boşaldıldı. Xüsusilə də Hakurk düşərgəsi Türkiyəyə sızmaq üçün mühüm bir keçid bazası mövqeyində idi. Lakin hazırda bölgədəki terrorçular Qəndilə qayıdıblar, kiçik qruplar halında sızmaq cəhdlərinin də qarşısı alınıb”.

    “Qəndilin qapısı Barazgir vadisidir”

    Bradost-Sidekan bölgəsində əməliyyatların gücləndiyi bir dövrdə TSQ terror təşkilatının bazası Qəndilin ən mühüm qapısı və keçid məntəqəsi olan Barazgir vadisinə çatıb. Mənbələr, Barazgir vadisinin çox mühüm olduğunu, vadinin qapısının tutulduğu təqdirdə PKK terror təşkilatının şimal istiqamətdə hərəkətinin çox əngəllənəcəyini bildirirlər. Bradost bölgəsindəki əməliyyat tamamlandıqdan sonra hərbçilərin Barazgirdə toplaşaraq Qəndil üçün hazırlıqların bu bölgədən həyata keçiriləcəyi planlaşdırılır.

    Niyə BRADOST və BARAZGİR?

    Bradost və Barazgir bölgələri, terrorçular üçün strateji əhəmiyyətə malikdir. Bradost bölgəsindən Türkiyəyə keçid üçün istifadə edilir, Barazgir vadisindən isə Qəndildən Səncara, Suriyanın şimalına keçidlərdə baza kimi istifadə edilir. Bradostun nəzarət altına alınması ilə “şimal keçid xətti” bağlanır, Qəndilə açılan Barazgir qapısına nəzarət edildiyi təqdirdə Səncar və Suriyaya keçid xəttləri bağlanır. Qəndil əməliyyatı keçiriləcəyi zaman İranın Türkyəyə ciddi dəstək verməsi gözlənilir. Bu məsələ ilə əlaqədar İranın Baş Qərargah rəhbərliyi ilə 4 dəfə danışıq aparılıb. Gələn həftəyə qədər İranla Qəndil sərhədində yerləşən kəndlərin boşaldılması planlaşdırılır. İran hərbi qüvvələrini bu rayona cəmləməkdədir.

    Hurriyyet.org