Türk dronu Serakibdə Rusiya istehsalı olan “Pantsir S1” sistemini MƏHV ETDİ – 15 MİLYON DOLLARA SATILIR

9

Hurriyyet.org xəbər verir ki, Suriya rejiminə qarşı “Bahar qalxanı” əməliyyatına başlayan Türkiyə Silahlı Pilotsuz Uçuş Aparatları ilə Rusiya istehsalı olan “Pantsir S-1” hava hücumundan müdafiə sistemlərini bir-bir məhv edir.

Elektron hərb sistemlərindən ən yüksək səviyyədə istifadə edən Türkiyə Silahlı Qüvvələri bu səfər də Serakibdə yerləşdirilmiş və Türkiyə təyyarələrinə qarşı duran “Pantsir S-1” sistemlərini silahlı dronlarla vurublar. Silahsız dronlar bir “Pantsir”i işlək vəziyyətdə, radarı açıq ikən məhv eləyiblər.

Türkiyənin silahlı dronlarının Əsəd rejiminin ünsürlərinə məxsus, Rusiya istehsalı olan 15 milyon dollarlıq “Pantsir S-1” hava hücumundan müdafiə sistemini məhv elədiyi anların yeni görüntüsündə sistemin radarının fəal olduğu görünür. Müdafiə sənayesində istifadə edilən silahlar barəsində xəbərlər paylaşan “Clash Report” adlı “Tvitter” hesabında radarı fəal ikən vurulan “Pantsir S1” batareyasının yanındakı termal kamera izlərini araşdıraraq “sistemin Türkiyə təyyarələrinə qarşı atəş açdığını göstərir” nəticəsinə gəlib. Türkiyə təyyarələrinə qarşı duran “Pantsir S1” hava hücumundan müdafiə sistemi silahlı dronlarla məhv edilib. Türkiyənin üstün texnologiyası ilə meydanda tətbiq elədiyi strategiya dünya miqyasında əks-səda verib.

Məhv edilən ikinci “Pantsir S1” müdafifə sistemidir

Türkiyənin Silahlı Qüvvələri bundan əvvəl də bir “Pantsir S1” hava müdafiəsi sistemini vurmuşdu.

Türkiyə elektron hərbi sistemdən istifadə edir

“Pantsir S-1” sisteminin başının üstündəki silahlı PUA-nı aşkar edə bilməməsi diqqəti cəlb edib. Bu vəziyyətin səbəbinin Türkiyənin elektron hərbi sistemlərdən istifadə edərək, radarları kor etməsi ola biləcəyi bildirilir.

“Pantsir S1” sisteminin xüsusiyyətləri

“Pantsir S1” sistemi 15 metr-15 km hündürlükdəki, 1,2-2 kilometr məsafədəki hava hədəflərini məhv eləmək gücünə sahib olan 12 ədəd 57E6E raketi və 2 ədəd 30 mm A38M təyyarəvuran topu vardır.

Hurriyyet.org