Türk xüsusi təyinatlıları PKK üzvlərini zərərsizləşdiriblər

45

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimalında, “Fərat qalxanı” əməliyyatı bölgəsində 2 YPG/PKK terrorçusunu məhv edib.

Bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin “Tvitter” hesabında dərc edilib.

Türkiyə Prezidenti R.T.Ərdoğan bildirib ki, PKK terrorçularının ilk dəfə qanlı cinayət törətdikləri 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilat 7500 nəfər təhlükəsizlik qüvvəsi əməkdaşını və 6800 nəfər dinc sakini həlak edib.

ABŞ ilə Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

PKK terrorçuları Suriyada PYD və YPG adları altında gizlənirlər. Son iki il ərzində isə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırmağa başlayıblar. İranda isə PKK “Kürdistanın azad həyatı partiyaı” adı ilə fəaliyyət göstərir.