Türk qüvvələrindən ağır zərbə: Düşərgələri darmadağın edildi

90

“İldırım” əməliyyatları çərçivəsində PKK terror təşkilatının 38 üzvü zərərsizləşdirilib, təşkilatın 63 sığınacaq və düşərgəsi məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda ilin əvvəlindən bəri 146 terrorçunun danışıqlar yolu ilə təslim edildiyi bildirilib.

Avqust ayında axtarış siyahısında olan 6 terrorçunun da arasında olduğu 81 PKK terrorçusu zərərsizləşdirilib.