“Türk ordusunun Azərbaycana gəlişi birbaşa Ermənistanı narahat edir” – EHTİYYATDA OLAN POLKOVNİK

273

 

Türk ordusunun Azərbaycana gəlişi birbaşa Ermənistanı narahat edir. Özləri də bilirlər ki, işğalçıdırlar. Sözsüz ki, bu narahatlıq onlarda olmalıdır”

“Cəmiyyətdə olduğu kimi, orduda müxtəlif fikirli insanlar var. Bu kiminsə fikriylə həll olunası məsələ deyil”

Ehtiyatda olan polkovnik, hərbi ekspert Səməndər Məmmədov türk ordusunun Azərbaycanda keçirdiyi təlimlərlə bağlı və bu təlimlərin Azərbaycana nə verə biləcəyiylə bağlı Hurriyyet.org-a müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

-Müxalifət partiyaları türk ordusun Azərbaycana gəlməsiylə bağlı bəyanət qəbul etdi. Bununla bağlı, hər iki ölkənin prezidentinə müraciət edildi. Sizcə, Azəebaycanda türk ordusunun olması vacibdirmi bə bu bizə nə verə bilər?

-Azərbaycanda türk ordusunun olması və təlimlərin keçirilməsi normal haldır.  Bizim bir çox ölkələrlə, eləcə də Türkiyə ilə ikitərəfli hərbi əlaqərimiz və birgə fəaliyyət planımız var. Bu fəaliyyət planı ölkə rəhbəri tərəfindən təsdiq olunmuş sənəddir. Bu sənəddə də ikitərəfli və çoxtərəfli təlimlərimiz öz əksini tapıb. Sözügedən məsələ dünən ya bu gün ortaya çıxmış məsələ deyil.  Mütəmadi keçirilən təlimlərdir. Bizim üçtərəfli təlimlərimiz də var. Neft boru kəmərinin müdafiəsi üzrə Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli təlimlər hər il keçirilir. Üç tərəfli təlimlər hər il bir ölkədə keçirilir.

-Sizcə, türk ordusun Azərbaycana gəlişi qonşu dövlətləri xüsusəndə Rusiya və İranı narahat edə bilərmi?

-Rusiya və İranı ancaq siyasi səbəblər baxımından narahat edə bilər. Amma, Ermənistanı birbaşa narahat edə bilər. Özləri də bilirlər ki, işğalçıdırlar. Sözsüz ki, bu narahatlıq onlarda olmalıdır. Elə narahat olsalar yaxşıdır.

-Azərbaycan türk ordusunun dəstəyi olmadan Dağlıq Qarabağı azadı edə bilərmi?

-Tam əminliklə deyə bilərm ki, Azərbaycan heç bir dəstək almadan da Qarabağı azad edə bilər. Buna heç kim şübhəsi olmasın.

-Türk ordusunun Azərbaycanda qalması regionda hərbi balansı dəyişə bilərmi?

-Özünüz də bilirsiniz ki, Azərbaycan elə geosiyasi məkanda yerləşir ki, burda dünyanın bir çox güclü dövlətlərinin marağı var. Bir tərəfdən Rusiyanın, bir tərəfdən Avropanın,  daha çox da Amerikanın marağının olduğunu bilirik. Bizim “balanslaşdırmaq” siyasətimiz, indiyənədək apardığımız ən uğurlu siyasətdir.  Türk ordusunun Azərbaycanda qalması əsas məsələ deyil. Bunun digər ölkələrlə münasibətə necə təsir edəcəyini, siyasi analitiklər şərh etməlidir.

-Belə iddialar da var ki, türk hərbçilərinin Azərbaycana gəlməsini Müdafiə Nazirliyinin daxilində müəyyən qüvvələr qəbul etmir və qarşı çıxırlar. Bu barədə nə deyə bilərsiniz?

-Söhbətin konkret hansı qüvvələrdən getdiyini bilmirəm. Cəmiyyətdə olduğu kimi, orduda müxtəlif fikirli insanlar var. Bu kiminsə fikriylə həll olunası məsələ deyil. Hər halda, dövlət və dövlətin başçısı var. Ən əsası da dövlətin apardığı siyasət var. Əgər, dövlət bir şeyə qərar verib, qol qoyursa, burda kiminsə şəxsi fikri önəm daşımır.Hurriyyet.org

YƏHYA