Türk kəşfiyyatından Ukrayna-Polşa sərhədində böyük əməliyyat

270

Türkiyə kəşfiyyatının həyata keçirdiyi əməliyyat nəticəsində FETÖ-nün Bağdad “lideri” Saleh Fidan və Ərbil “lideri” Samet Güren həbs olunub.

Virtualaz.org xəbər verir ki, hər iki şəxs Ukrayna-Polşa sərhədində həbs olunaraq Türkiyəyə gətirilib.

 

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada Saleh Fidan və Samet Gürenin Ukrayna-Polşa sərhədini keçərkən həbs olunduğu təsdiqlənib. Şübhəlilərin istintaqı Ankara Prokurorluğunun Terrorla Mücadilə Şöbəsində aparılır.

Saxlanılanlardan Saleh Fidan FETÖ-nün Bağdad “lideri” olub, terror təşkilatının xaricdəki fəaliyyətlərində yaxından iştirak edib. FETÖ-nün İşık Universitetində müəllim olaraq çalışan Fidan, 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyədən qaçıb.

Samet Güren isə FETÖ-nün Ərbil “lideri” olaraq fəaliyyət göstərməklə yanaşı, terror təşkilatının adı çəkilən şəhərdəki Fəzalar kursunda müəllim işləyib.