III Roma üçün III Dünya Savaşı

    12

    Türk Dünyasının enerjisini yayındırmaqla çöküşə yönəldilməsi taktikasında bəzən yerdəyişmələr də müşahidə olunur. Dünənə kimi Batı gücləri Orta Doğuda diktator rejimlərinin sayəsində Türkləri assimliasiya etmək, ya da soyqırıma məruz qoymaq hədəflərini irəli sürürdüsə, indi məqsəd bu taktikanı “Böyük Kürdüstan” qurmaqla yeni məzmunda inkişaf etdirməkdir. Rusiya Batı siyasətinə qarşı dirənmək üçün Türk Dünyasına loyal münasibətlərini sərgiləyirdi. Bu dəfə isə, Batının loyallığı ilə Rusiya önə çıxmışdır. Yerlər dəyişsə də, hədəflər öz yerində qalır. Yaranmış durumu hesablamaq o qədər də çətin deyil. Bütün bunlardan çıxış nöqtəsi kimi başlıca hədəf hər bir Türk dövlətinin milli dövlət düzəninə çevrilməsi yoludur. Azərbaycan dövləti bu məsələdə öz imzasını atmışdır. Son maliyyə böhranlarının memarı olan çetelərin ifşa edilməsi, bunun ardınca kardinal kadr islahatlarının aparılması buna örnəkdir. Yəni milli dövlət olmanın təməl prinsiplərinə qarşı çıxanlar cəzalandırılmalıdır. Bu taktiki gedişlərin digər Türk dövlətlərində də gündəmə gəlməsi ilə çox böyük uğurlara imza atmaq mümkündür. Bu gün Türkiyəmizi haqlayan amansız böyük oyunların sonucunu bizlər çözə bilərik. Suriya, İraq və Güney Azərbaycanda yaşanılan olaylar bir daha millət olmanın hədəfi kimi bizlər üçün böyük bir dərsdir. “Qorxu imperatorluğu” siyasəti zatən Roma olmanın əsas hədəfi kimi tarixdə yer almışdır. Onun vuran qolunun armageddon olmasının da heç bir mənası yoxdur. Bizlər Türk irqi olaraq, birlikdə ola bilsək, tarixi ənənələrimizin milli iradəsi yenə də qalib çıxacaq.