Türk dronlarının Qarabağdakı uğurundan sonra NATO gizli iclas keçirdi: “Belə getsə, uducazağıq”

588

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatlarının Qarabağdakı uğuru NATO-nu təlaşa salıb.

Azərbaycanın Ermənistanın işğalı altındakı torpaqlarını azad eləmək üçün başladığı Qarabağ əməliyyatı zamanı Türkiyənin istehsal elədiyi silahlı dronların uğuru dünyaya səs salıb. Dünyanın təqib elədiyi müharibədə strateji həmlələr edən dronlar həm də həmin həmlələrin videotəsvirlərini çəkiblər. NATO silahlı dronların müharibədəki rolunu incələmək üçün fövqəladə iclas keçirib. Gizli iclasla bağlı çıxış edən Almaniya Müdafiə Nazirliyi mütəxəsissi bu sözləri söyləyib: “İndiyə qədər işlədiyimiz kimi fəaliyyət göstərsək, uduzacağıq”.

İspaniyanın “El Pais” qəzeti isə yazıb: “Səmanın yeni sahibləri Türkiyə dronlarıdır”.

Almaniya mətbuatının yazdığına görə, NATO-nin silahlanma strategiyası ilə bağlı müzakirələr aparılıb.

Bu müzakirələrin davam etdirilməsi üçün keçirilən ardıcıl iclaslardan biri Berlində olub.  Amerika nümayəndələri bu iclasda məxfiliyi yüksək səviyyədə qorunan kanallarla onlayn şəkildə iştirak edib.

Azərbaycanın Ermənistan qarşısındakı üstünlüyünün müzakirə olunduğu iclasda dronlardan geniş bəhs edilib. Azərbaycanın işğalçı qüvvələrə endirdiyi PUA zərbələrini, hərəkətdə olan tankları, zirehli texnikanı və sığınacaq, zastava kimi statik obyektlərı dronlarla vurmasını əks etdirən yüzlərlə təsvir bir-bir incələnib.

Berlindəki iclasda çıxış edən Almaniya Müdafiə Nazirliyi mütəxəssisi adının gizli saxlanılması şərti ilə yalnız bu sözləri söyləməklə kifayətlənib: “İndiyə qədər olduğu kimi davam eləsək, uduzduq”.

 

Almaniyada Silahlı Pilotsuz Uçuş Aparatı məsələsi gündəmə gəlib

NATO-dakı iclasın ardından Qərbdə ilk reaksiya Almaniya parlamentində müşahidə olunub. SDP dronlara silah sistemlərinin yerləşdirilməsi və beləliklə SPUA donanmasının yaradılması məsələsində təkid edib. Lakin parlament bu tələbi qəbul eləməyib.

Almaniya mətbuatı isə türk dronlarından bəhs edərək yazıb: “Biz silahlı dron məsələsini müzakirə elədiyimiz zaman Türkiyə artıq bu sahədə yüksək texniki səviyyəyə çatıb”.

 

Dünya artıq əvvəlki kimi deyil

Mütəxəssislər Qərb dünyasının yanlış istiqamətdə silahlandığını qəti şəkildə bildirən məqalələr yazmağa başlayıblar. Hərbi ekspertlər artıq  Körfəz müharibəsində olduğu kimi döyüşməyin mümkün olmadığını, yeni silahlı dronların həm havada, həm də suyun altında liderə çevrildiyini yazırlar.