Türk alimlər koronavirusu 10 saniyə içərisində aşkar edən test hazırlayıblar

327

Hurriyyet.org xəbər verir ki, türk alimləri yeni tipli koronavirusun mövcud olub-olmamasını 10 saniyə içərisində 99 faiz dəqiqliklə aşkar edən yeni test hazırlayıblar.

Bu barədə açıqlamanı Ankarada yerləşən Bilkent Universitetinin əməkdaşları veriblər. Milli Nanaotexnoloji Araşdırma Mərkəzindən olan (UNAM) Ali Aytak testin pozitiv cavabının 5-10 saniyə, neqativ cavabının isə 20 saniyə sonra bəlli olmasının mümkün olacağını söyləyib.

Testin sürətinin və dəqiqliyinin nanotexnologiyaların tətbiqinin bəhrəsi olduğu bildirilir.