Tullantı yandıran zavod istirahət mərkəzinə çevrilib

141

Kopenhagen şəhərinin yaxınlığındakı Amaqer adasında tullantıların emalı və yandırılmasını həyata keçirən zavod şəhər əhalisinin istirahət mərkəzinə çevrilib. AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Danimarkanın “BIG” arxitektura studiyasının layihəsi ilə hazırlanan və ildə 400 min ton tullantı yandıran müəssisənin ərazisində müasir elektrik stansiyası, qaçış yolları, ox atmaq üçün meydança, kafe və sair fəaliyyət göstərir.

Maraqlıdır ki, tullantıdan yaranan enerji ətraf mühitə heç bir ziyan vurmayaraq yaxın ərazidə yerləşən 62 min binanın – 160 min mənzilin qızdırılmasında da istifadə edilir. Layihə müəlliflərinin sözlərinə görə, zavod tullantıların emalı üzrə dünyada ekoloji və enerji effektivliyi cəhətdən ən təmiz və müasir avadanlıqlara malikdir.