TÜRKİYƏYƏ QARŞI ÇOX TƏHLÜKƏLİ OYUN! – Erməni və kürd kartlarını ortaya atdılar

    9

    Hurriyyet.org xəbər verir ki, İsraildə 1915-ci il hadisələrinin qondarma “erməni soyqırımı” kimi tanınması məsələsi ölkə parlamentinin – Knessetin gündəliyinə salınıb.

    ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsinə və 62 nəfər fələstinlinin qətlə yetirilməsinə etiraz edən Türkiyəyə qarşı, erməni və kürd kartından istifadə eləməyə başlayıblar. İsraildə 1915-ci il hadisələrinin soyqırım kimi tanınması və “Kürd xalqının müstəqilliyinin tanınması” ilə bağlı qanun layihəsi hazırlanmağa başlanıb.

    Solçu Merez partiyasının sədri Tamar Sandberqın 1915-ci il hadisələri ilə bağlı irəli sürdüyü təklif 120 deputatdan yalnız 16 nəfərinin iştirak elədiyi iclasda səsə qoyularaq qəbul edilib. Təklifin ümumi iclasda nə zaman müzakirə ediləcəyi isə hələ bəlli deyil.

    İsrailin ultrasağ deputatlarının isə “Kürd xalqının müstəqilliyinin tanınması” ilə bağlı başqa bir qanun layihəsi üzərində işlədikləri bildirilir.

    Kmessetin sağ blokunun üzvü olan Oded Forer deyib: “Kürd xalqı neçə illərdir ki, sıxıntı içərisindədir. Türkiyə hökumətinin və Ərdoğanın son həftələrdə İsrailə qarşı davranışı İsrail ilə Türkiyə arasındakı münasibətlərin nəzərdən keçirilməsini vacib edir. İsrail Türkiyədəki kürd bölgəsinin müstəqilliyini tanımaqla katalizator vəzifəsini görməlidir”.

    Hurriyyet.org