TÜRKİYƏYƏ QARŞI BÖYÜK ƏMƏLİYYAT! – Əsl niyyətlərini etiraf etdilər

    6

    Hurriyyet.org xəbər verir ki, iqtisadi proseslər barəsində çıxış edən ingilis iqtisadçı, lirənin ucuzlaşmasının qarşısını almaq üçün Türkiyə hökumətinin öz siyasətinin dəyişdirməsinin və faizləri artırmasının lazım olduğunu bəyan edib.

    Türkiyədə iyunun 24-də keçiriləcək seçkilərə çox az bir müddət qaldığı bir dövrdə ölkə iqtisadiyyatına qarşı təzyiqlər atmağa başlayıb.

    Valyuta bazarında dollarla avronun qiymətləri türk lirəsinə qarşı rekord həddə çatıb.

    Məqsəd Türkiyəni diz çökdürməkdir

    Valyuta bazarında bu vəziyyət davam elədiyi zaman ingilislər əməliyyatın əsl məqsədini etiraf ediblər.

    Londonda “Blomberq” kanalının canlı efirində qonaq olan ingilis iqtisadçı Lii Hardman, hökumətin siyasəti dəyişdirməsinin və Mərkəzi Bankın faizləri artırmasının lazım olduğunu söyləyib.

    Hurriyyet.org