TÜRKİYƏNİN DEDİYİ OLDU! – TERRORÇULAR “MENBİÇDƏN ÇIXAÇAĞIQ” DEDİLƏR

    3

    “Zeytun budağı” əməliyyatından sonra, diplomatik yolla təmizləmə

    Hurriyyet.org xəbər verir ki, PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG, “hərbi müşavirlər” adlandırdığı terrorçuları Menbiçdən çıxaracağını açıqlayıb.

    ABŞ ilə Türkiyənin danışıqları sonda müsbət nəticə verib və terrorçular Fərat çayının qərbində yerləşən Menbiç şəhərini tərk edəcəklərini rəsmən etiraf ediblər.

    Xəbər verdiyimiz kimi, dünən amerikalı həmkarı Mayk Pompeo ilə görüşən xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiç barəsindəki yol xəritəsini müəyyənləşdirdiklərini bildirmişdi.

    Hurriyyet.org