TÜRKİYƏDƏN İSRAİLƏ HÜCUM

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatında türk hakerlərin İsrailin Dəmir Günbəz müdafiə sisteminə hücum elədiklərini yazıblar.

    Ayyıldız adlanan komanda baş nazir B.Netanyahunun sağ qolu və gizli kassası “Dore Gold” hesabını ələ keçirib, İsraildəki “Android” və “Apple IOS” firmalarına kiberhücumlar edib. “Ayyıldız Tim” İsrailin Kənd Təsərrüfatı və İnkişaf Nazirliyi ilə İsraildə yayımla məşğul olan makom.tv, perek.tv, ba-li-perek.co, ba-li.online TV şirkətlərinin internet saytlarına da hücum edib. “Ayyıldız Tim” ötən il 137 İsrail internet saytına hücum eləmişdi. “Ayyıldız Tim” dünyaca məşhur olan, sistemi və təhlükəsizlik divarları keçilməz hesab edilən Dəmir Günbəz müdafiə sisteminə 2014-cü ildə də hücum eləmişdi.

    Hurriyyet.org