TÜRKİYƏ ORDUSU SURİYADA BÖYÜK İTKİ VERDİ – 33 HƏRBÇİ ŞƏHİD OLDU – YENİLƏNİB

    9

    İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.

    APA "Anadaolu"ya istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

    "Millətimizin başı sağ olsun" deyən vali ağır yaralanan hərbçilərdən bir neçə nəfərinin dünyasını dəyişərək şəhid olduğunu vurğulayıb. 

    ***

    İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb – 29 hərbi qulluqçu şəhid olub, 36 hərbçi isə yaralanıb.

    APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

    Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirib.

    Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.