TÜRKİYƏ MENBİÇDƏN SONRAKI HƏDƏFİNİ AÇIQLADI

    12

    Çavuşoğlu: “Menbiçi təmizlədikdən sonra Fərat çayının şərqinə keçəcəyik”

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu Agentliyi”nin redaksiyasına müsahibəsində deyib: “Menbiçi təmizlədikdən sonra Fərat çayının şərqinə keçəcəyik”.

    Nazir daha sonra bunları söyləyib: “İŞİD-ə, PKK/YPG-yə qarşı ən böyük mübarizəni biz apardıq. ABŞ ilə birlikdə aramızda uzun müddət ən böyük problemə səbəb olan YPG məsələsində bir yol xəritəsi müəyyənləşdirildi və indi bunu tətbiq eləmək mərhələindəyik. Hazırlıq mərhələsində də bir sıra addımlar atıldı. İndi isə ortaq patrul yoxlamaları və şəhərə daxil olmaq zamanıdır. Bu prosesin gedişində PKK/YPG buranı tərk edəcək və silahları əllərindən alınacaq.

    Menbiç məsələsi həll edildikdən sonra Fərat çayının şərqi ilə bağlı yol xəritəsi hazırlamaq barəsində ABŞ ilə aramızda razılıq əldə edilib".

    Hurriyyet.org