TÜRKİYƏ BÜTÜN HESABLARI ALT-ÜST ETDİ – PKK/PYD-YƏ MÖHLƏT VERDİ

    3

    PKK terror təşkilatı iyul ayında Menbiçdən çıxacaq

    Hurriyyet.org xəbər verir ki, “Zeytun budağı” əməliyyatı ilə Suriyada qətiyyətini nümayiş etdirən Türkiyə ilə ABŞ arasında Menbiç məsələsi ilə bağlı danışıqlar davam edir. Vaşinqton-Ankara xəttindəki danışıqlarda yekun qərarın verilmək üzrə olduğu bildirilir.

    Afrinə qarşı Zeytun budağı əməliyyatından sonra nəzərlər Menbiçə çevrilib. Ankara dəfələrlə bildirib ki, Afrindən sonrakı ilk hədəf Menbiç olacaq. “Habertürk” qəzeti xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri iyul ayının ikinci həftəsindən etibarən Menbiç əməliyyatına başlamaq üçün Cerablus-Əl Bab xəttində hazırlıqlara davam edir. ABŞ-ın Menbiç üçün uzlaşma addımından sonra mart ayında danışıqlar başlanıb. Lakin ABŞ XİN idarəsindəki dəyişiklik səbəbindən 4 mərhələli danışıq prosesinin ilk iki mərhələsi baş tutsa da, diplomatik proses yarımçıq qalmışdı. ABŞ XİN idarəsindəki məsələlərin yoluna qoyulmasından danışqıqların yenidən başladığı bəlli olub.

    Mayk Pompeonun Amerikanın xarici işlər naziri olmasından sonra Menbiç danışıqlarının ikinci mərhələdən başlayaraq davam etdiyi bildirilir. Siyasi mənbələr ABŞ ilə Rusiyanın bölgədə hegemonluq uğrunda mübarizə apardığı bir dövrdə Türkiyə ilə problemin arzuolunmaz olduğunu bildirirlər. Bu səbəbdən Türkiyə ilə Menbiç məsələsində uzlaşma planı hazırlandığı deyilir. Lakin amerikalı məmurların İŞİD terror təşkilatı ilə mübarizəyə də diqqət yetirəcəkləri bildirilir.

    İyul ayında Menbiçdən çıxmağı planlaşdırırlar

    ABŞ ilə Menbiç diplomatiyası prosesinin ikinci və üçüncü mərhələsinin tamamlandığını bildirən amerikalı diplomatik mənbələr iyul ayının ilk həftəsində PKK terror təşkilatının Suriyadakı şaxəsi olan PYD/YPG-nin Menbiçdən çıxmasının planlaşdırıldığını bildirirlər. Lakin Ankara Amerikanın vaxtı yubandırma siyasəti aparması ehtimalına qarşı bu tarixin irəli çəkilməsini istəyir. Türkiyə Suriyada konstitusiya qəbulu proseseinin başlanacağı təqdirdə, Menbiç əhalisinin də PKK-nın təsirinə məruz qalmadan prosesdə iştirak eləməsini istəyir.

    Hurriyyet.org