TÜRKİYƏ BÖLGƏDƏ BİR GÜC OLA BİLƏR

    15

    Amerikalı senator Qraham: “Türkiyə bölgədə sabitlik gücü ola bilər”

    Hurriyyet.org xəbər verir ki, amerikalı senator Lindsu Qraham İraqdakı milis qüvvələrinin yeni hökumətin qarşısındakı ən mühüm problemlərdən biri olacağını iddia edib və bölgənin sabitliyi məsələsində Türkiyənin rolundan təriflə danışıb.

    İraqın paytaxtı Bağdaddakı ABŞ səfirliyi binasında mətbuat konfransı keçirən Qraham İŞİD terror təşkilatının kökünü təkcə silahla kəsə bilməyəcəklərini, güclü iqtisadiyyat və yaxşı bir təhsil sisteminə ehtiyacları olduğunu söyləyib.

    Qraham deyib: “İraq və Suriyadakı ABŞ varlığı olmazsa, İraqda İŞİD-i məğlub eləmək çox çətindir. Buradakı ABŞ varlığı eyni zamanda bölgənin sabitliyinə də xidmət deməkdir. Hazırda İraqda asayiş məsələsində böyük bir irəliləyiş əldə edilib”.

    “Türkiyə bölgədə sabitlik gücü ola bilər”

    Suriyadakı ABŞ varlığı ilə bağlı Qraham deyib: “Prezident R.T.Ərdoğanla Suriyadakı qüvvələrimizin varlığı ilə bağlı narahatlıq məsələsindən danışmışıq. Türkiyə bölgənin sabitlik gücü ola bilər”.

    Qraham, milis qüvvələri ilə əlaqədar necə mövqe tutacaqları və hökumətə necə daxil ediləcəklərini İraq hökumətinin qarşılaşacağı ən mühüm problemlərdən biri hesab elədiyini bildirib.

    Xəbər verdiyimiz kimi, İraqın baş naziri Heydər Əl İbadinin ofisindən verilən yazılı açıqlamada ABŞ Konqresindən gələn heyətin Bağdad səfəri çərçivəsində İraqda ABŞ hərbi müşavirlərinin sayının azaldılması məsələsinin müzakirə edildiyi bildirilmişdi.

    Hurriyyet.org