TÜRKİYƏ AMERİKANIN QARŞISINA ŞƏRT QOYDU! – FRANSA HİDDƏTLƏNƏCƏK

    6

    Hurriyyet.org xəbər verir ki, ABŞ İlə Türkiyə arasındakı danışıqlarda Menbiç məsələsi ilə bağlı yol xəritəsi razılaşdırılıb.

    Türkiyə dövləti Menbiç məsələsi ilə bağlı danışıqlar zamanı bu şəhərdən PKK ilə birlikdə Fransa hərbçilərinin də çıxarılmasını şərt qoyub.

    Hərbi mənbələrdən verilən məlumata görə, razılaşma ərazisinə Fərat çayının şərqindəki Horozköy, Karakozak Köprüsü bölgəsindəki Sırrin və Tışrin su anbarı da daxil edilməlidir. Suvarma və elektrik mənbəyi Tişrin Türkiyənin nəzarətində olmalıdır. Şəhərdə üçüncü bir ölkənin qüvvələrinin olmasını istəmirlər. PKK ilə birlikdə Fransa qüvvələrinin də Menbiçi tərk eləməsi tələb olunur.

    Hurriyyet.org