Trampla Putinin görüşü iki saatdan artıq davam edəcək

    9

    Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın dekabrın 1-də, G-20 sammiti çərçivəsində, Argentinanın paytaxtı Buenos Ayresdə keçirəcəkləri görüşün iki saatdan artıq davam edəcəyi nəzərdə tutulub. Məlumatı “RİA Novosti” informasiya agentliyi yayıb.

    Putinin köməkçisi Yuri Uşakov görüş zamanı prezidenlərin ikitərəfli məsələləri, ölkələrin münasibətlərinin kor dalandan çıxarılması yollarını müzakirə edəcəklərini bildirib. Onun sözlərinə görə, görüş vaxtının 20 dəqiqəsini prezidentlərin təkbətək görüşünə ayırmaq nəzərdə tutulub.

    İki prezident arasında bundan əvvəlki tamformatlı görüş iyul ayında Helsinkidə baş tutmuşdu.

    Hurriyyet.org