TRAMPIN YENİ YAXIN ŞƏRQ PLANI! – İSRAİL QƏZETİ YAYDI

    12

    Trampın Fələstin sülh planı: İsrail Şərqi Qüdsün 4 məhəlləsini tərk edə bilər

    Hurriyyet.org xəbər verir ki, İsraildə ivrit dilində dərc edilən “Maariv” qəzeti ABŞ prezidenti D.Trampın yeni sülh planının Qüdsün 4 məhəlləsini Fələstin hökumətinə verməyi nəzərdə tuta biləcəyini yazıb.

    Qəzetin verdiyi xəbərə görə, Trampın komandası Fələstin sülh planını ötən həftə Vaşinqtonda səfərdə olan İsrailin müdafiə naziri Aviqdor Libermana çatdırıb. İsrailin tərk etməsi nəzərdə tutulan dörd məhəllə bunlardır: Cebl Mukabar, İsaviya, Şuafat və Abu Dis. ABŞ hökumətinin bu plan üzərində ötən ildən bəri çalışdığı, İsrailin bu planı qəbul eləməsinin gözləndiyi bildirilir. Mətbuat Tramp hökumətinin Fələstinin sülh planını ABŞ səfirliyini Qüdsə köçürməsindən sonra açıqlanmasının gözlənildiyini yazıb. “Yürusəlim Post” qəzeti amerikalı məmurların bu məsələ ilə bağlı xəbəri rədd elədiklərini, planın hələlik layihə mərhələsində olduğunu yazıb.

    Libermanın Vaşinqtona səfəri zamanı prezident Trampın kürəkəni və baş maşaviri Cared Kuşner, milli təhlükəsizlik üzrə müşavir Con Bolton, müdafiə naziri Jeyms Mattis və prezidentin Yaxın Şərq üzrə nümayəndəsi Ceyson Qrinblatt ilə görüşdüyü bildirilir.

    İsrailin edəcəyi güzəştlərin qarşılığında ABŞ hökumətinin Suriya və ya İran ilə anlaşılmazlığın artması halında İsrailə tam dəstək verəcəyi yazılıb.

    Fələstin dövlətinin rəhbəri Mahmud Abbas bu məsələlərlə bağlı mövqeyini belə ifadə edib: “Onlardan dürüst bir şey gözləmirik və onlardan heç nə qəbul etməyəcəyik”.

    Hurriyyet.org