Trampın Ərdoğandan istədiyi keşişin Kürdüstan planı! – “Belçikada kilsədə hər həftə üstündə PKK bayrağı olan tort kəsilirdi…”

    12

    "PKK-ya göndərilən silahları missioner komandası paylaşdırırdı"

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Türkiyədən ekstradisiyasını tələb elədiyi, FƏTÖ və PKK terror təşkilatları ilə cinayətkar əlaqədə olmaq ittihamı ilə həbs edilmiş, barəsində 35 il həbs cəzası nəzərdə tutulan cinayət işi açılan amerikalı keşiş Endrü Kreyq Brunson bu ikinci dəfə hakim qarşısına çıxıb. Məhkəmədə ifadə verən gizli şahid Serhat keşiş Endrü ilə və komandasının humanitar yardım adı altında Kürdistan qurmağa çalışdığını, Amerikanın PKK/PYD-yə göndərdiyi silahların harada yerləşdirəcəyinin koordinantlarını müəyyənləşdirdiyini söyləyib.

    “Terror təşkilarının üzvü olmamaqla birlikdə, təşkilat üçün cinayət törətmək” ittihamı ilə 15 il, “Dövlətin təhlükəsizliyi baxımından gizli qalmalı olan məlumatları siyasi və hərbi casusluq məqsədi ilə əldə eləmək” ittihamı ilə keşişə 20 ilə qədər həbs cəzası vermək tələb olunur.

    Məhkəmədə başqa bir yerdən səsi və görüntüsü dəyişdirilərək ifadə verən Serhat adlı gizli şahid deyib: “İllərlə Brunsonun kilsəsinə İsa Məsihi tanımaq və onu ucaltmaq üçün, həyatım yaxşı olsun deyə, ibadət elədim. Ancaq sonralar, illər keçdikcə, hüquqa zidd fəaliyyətlər və əməllərin şahidi oldum. Yeni bir dövlət qurmaq və böyük savaş üçün hazırlıqdan bəhs edirdi. Endrü Brunson xristian hərəkatına başlayıb, xristian bir kürd dövləti qrumaq istəyirdi. Kilsə camaatından olan insanları bir-biri ilə evləndirirdilər. Böyük bir təşkilat qurmaq niyyətində idilər. Evliliklərə böyük əhəmiyyət verir və pul xərcləyirdilər. Bunlardan biri suriyalı qaçqın Məhəmməd Əhməd idi. Brunson ilə arvadı Məhəmməd Əhmədi missioner Luis ilə Agitidə evləndirdilər”.

    Kilsədə kürdlərin xristianlaşdırılması üçün səy göstərildiyini irəli sürən gizli şahid deyib: “O, HDP içərisində Kürd Keşiş kimi tanınmağa başladı. Mardində onun üçün kilsə açmışdılar. Həyatı dəyişdi, lüks yaşayışı oldu. Məhəmməd Əhməd suriyalı qaçqınlar ilə Türkiyənin 81 rayonunda yaşayan kürdlərin xristian olmasına çalışırdı. Həyat yoldaşı Luis tərəfindən idarə və nəzarət edilirdi. İllərlə qaçqın düşərgəsində qaçqınlara İncil payladılar. Suruçda bir evdə Endrü ilə görüşüb yemək yedilər. Seçilən qaçqınların İzmirə gətirildiyini deyirdilər. Bu fəaliyyətlər barədə bizə təriflə danışdılar. Bu təşkilat sayəsində həmin qaçqınlar İzmirdən Avropaya göndərildi. Döyüşmək istəyənlərin təkrar geri göndərildiyini də eşitdim. Bunu humanitar yardım kimi təqdim eləsələr də, Kürdistan qurulması üçün etdiklərini eşitdim”.

    Məhkəmədə Amerikanın PKK-ya göndərdiyi min tırlarla silah yardımının haraya ötürüləcəyinin koordinantlarının Brunsonun komandasının verdiyi iddia edildi.

    Gizli şahid Sərhat Gəzi parkı, Kobani, Xəndək hadisələrində şəxsən Məhəmməd Əhmədin “əməyi” olduğu, Endrü Brunsonun missioner komandasının çalışdığını da söyləyib: “PKK-nı dini təşkilat halına gətirmişilər. Amerikanın PKK/PYD-yə göndərdiyi silah yardımlarının koordinatlarını Endrü Brunsonun missioner komandası verirdi. Bunu illərlə səfirlikdə işləmiş bir diplomatın oğlundan öyrəndim. Endrü həbs edilməzdən əvvəl Məhəmməd Əhmədlə arvadı missoner Luisi hava limanından Belçikaya yola salıb. Türkiyə, İran, İraq, Suriyanı müharibə və terrorla xristian dövləti etməyə çalışırlar. Bəs İncildə sülh və sevgidən danışılırdı? Biz sevgi üçün kilsəyə gedirdik, amma orada silahlar vardı. Silah verdiyim sənədlərdə var. Belçikadan kilsədə hər həftə üzərində xaç işarəsi olan PKK bayraqlı tort kəsilirdi. Məhəmməd Əhmədin Belçikada bir kilsədə PKK fəaliyyətlərinə davam elədiyini düşünürəm”.

    Keşiş Endrüyə qarşı ittihamnamədə onun İzmir Protestant Diriliş Kilsəsində PKK ilə FƏTÖ-nü mədh edən çıxışılar elədiyi, İzmirdə sadəcə kürd mənşəli vətəndaşların qəbul edildiyi “Məsihin Kürdi Kilsəsi”ni qurduğu iddia edilir.

    Hurriyyet.org