Trampın məsləhətçiləri onun Putinlə danışıqlarda güzəştə gedəcəyindən ehtiyatlanırlar

    3

    ABŞ prezidenti Donald Trampın məsləhətçiləri onun Rusiya lideri Vladimir Putinlə Helsinkidəki görüşündə Krım və Ukrayna mövzusunda güzəştə gedəcəyindən ehtiyatlanırlar.

    Hurriyyet.org-un xəbərinə görə, bu fikirləri “The Washington Post” qəzeti Amerika və Avropadakı rəsmi şəxslərə istinadla yazıb. Onların fikrincə, Trampa işbirliyi üçün keçmişə göz yuman biri gözündə baxacaqlar.

    “Halbuki Tramp adminstrasiyası Moskvaya qarşı ciddi sanksiyalar tətbiq edib, rusiyalı diplomatları geri göndərib və Putinin ünvanına kəskin fikirlər söyləməkdən özünü saxlayıb” deyə ABŞ rəhbərinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Gerbert Makmaster bildirib.

    Xatırladaq ki, Trampla PutininHelsinki görüşü iyulun 16 da baş tutacaq. Dövlət rəhbərləri iki ölkə arasındakı münasibətlər və aktual mövzularla bağlı danışıqlar aparacaqlar.

    Hurriyyet.org