Trampın İrana hücum etməsinə qadağa qoyula bilər – Konqresmenlərdən təklif

    24

    ABŞ konqresmenləri Ro Hanna və Mett Qets Amerika lideri Donald Trampa İrana qarşı hərbi əməliyyat aparmağı qadağan etmək təklifi ilə çıxışı edib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, konqresmenlər ABŞ-ın hərbi büdcəsinə bu kimi əməliyyatları qadağan edəcək düzəliş etmək qərarına gəliblər.

    Bildirilir ki, Qetsin sözlərinə görə, Yaxın Şərqdə sonsuz müharibələr ABŞ-ı zəiflədir.

    Bununla yanaşı Hanna əlavə edib ki, Tramp xaricdə müharibələrə son qoyulacağına dair seçkiqabağı vədinə əməl etmir.