Trampın heykəli yandırıldı – Təcili

30

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşının ölkəsi olan Sloveniyadakı heykəli yandırılıb.

Sloveniyanın mərkəzində yerləşən Moravtse şəhərindəki taxtadan heykələ naməlum şəxslər od vurub.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Mavi kostyum, sarı baş və qırmızı dodaqlarla təsvir edilmiş heykəl əvvəlcə Sela adlı kənddə qoyulmuş, orada da yandırmağa cəld edildiyi üçün Moravtse şəhərinə gətirilmişdi.

Qeyd edək ki, Trampın sloven həyat yoldaşı Melaniya Trampın da taxtadan heykəli doğulduğu Sevnitsa kəndində ucaldılıb. \\Teleqraf