Trampın əlindəki virusa qarşı hazırlılıq xəritəsində Türkiyə…

3

Tramp: “Adi qripdən ABŞ-da ildə 25-69 min arasında insan vəfat edir”

Hurriyyet.org xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın koronavirusa qarşı tədbirləri ilə bağlı çıxış edərkən prezident Donald Trampın əlindəki kağızda “koronavirusa mübarizəyə hazırlıqlı ölkələr siyahısı” görünüb. Trampın əlindəki məlumata görə, Türkiyə hazırlığı yaxşı olan ölkələr arasındadır.

D.Tramp  Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə əlaqə saxladığını söyləyərək deyib: “Si çox çalışır. Çinin açıqladığı rəqəmlərə inana bilərsiniz. Çində xəstəliyin yayılması bir qədər azalıb”.

Tramp mütəxəssislərdən adi qrip xəstəliyindən ABŞ-da hər il 25-69 min arasından insanın öldüyünü öyrəndiyini bildirərək, bununla müqayisədə Kovid-19 virusunun qurbanlarının çox az olduğunu söyləyib.

Virusa yoluxan və ya yoluxma təhlükəsi olan şəxslərin karantində saxlanıldıqlarını xatırladan Tramp deyib: “Bir çox karantin mərkəzimiz var. Peyvənd işlərimiz də sürətlə davam edir”.

Hurriyyet.org