Trampın yaxın çevrəsində koronavirusa yoluxma faktı aşkarlandı

48

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirusdan ən  çox zərər çəkən ölkələrdən olan ABŞ-da yoluxma sayları getdikcə artmaqdadır. Koronavirus ABŞ prezidenti Donald Trampın yaxın çevrəsinə də çatıb.

Mətbuatda yazılana görə, Trampın ən böyük oğlu və adaşı – oğul Donald Trampın adaxlısı Kimberli Gilfoyl da virusa yoluxub. “Foks Nyus” kanalının keçmiş aparıcısı Kimberli Gilfoyl  prezident D.Trampla birlikdə Cənubi Dakotadakı seçki fəaliyyətində iştirak eləməyi planlaşdırsa da, Kovid-19 testinin cavabı müsbət çıxdığı üçün seçki səfərində iştirak etməyəcək. Gilfoylun yoluxması təsdiqləndikdən sonra oğul Donald Tramp da analiz verib. Lakin onun testinin cavabı neqativ olub.

Hurriyyet.org