Trampın terror təşkilatı elan ediləcəyini söylədiyi, ABŞ-ı çalxalayan Antifa ilə YPG/PKK terror təşkilatını bir-birinə nə bağlayır?

66

Hurriyyet.org xəbər verir ki, ABÇ prezidenti Corc Buşun ölkədə qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra başlanan nümayişlərdə “provokatorluq” eləməkdə ittiham elədiyi və “terror təşkilatı” adlandırdığı Antifanın “İŞİD ilə mübarizə” adı altında YPG/PKK terror təşkilatı ilə  əməkdaşlıq elədiyi Amerika mətbuatında işıqlandırılıb.

Bəlli olduğu kimi, Floydun ölümünə etiraz adı altında keçirilən nümayişlərdə bir sıra ofislər qarət edilib, avtomobillər yararsız vəziyyətə salınıb. Prezident Tramp bununla bağlı açıqlamasında yazıb: “Floydun ölümü ilə bağlı haqq-ədalət öz yerini tapmalıdır… Lakin bunlar mütəşəkkil radikal sol qruplaşmalardır, Floydun xatirəsini ləkələyirlər. Onun xatirəsi üçün zorakılıq dayandırılmalıdır. Bu Antifa qrupu radikal solçular, pis insanlardırlar”.

Hurriyyet.org