Trampın tərəfdarları küçələrə axışdı – Vaşinqtonda etiraz aksiyaları keçirilir

318

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın tərəfdarları yenidən Vaşinqtonun mərkəzinə toplaşıblar.

Vaşinqtonda 3 noyabr prezident seçkilərinin nəticələrinə qarşı növbəti etiraz aksiyası keçirilib.

Konqresin iki palatasının seçkilərin nəticələri ilə bağlı birlikdə keçirəcəkləri iclasın ərəfəsində Trampın minlərlə tərəfdarı küçələrə axışaraq “Tramp üçün marş” aksiyasını keçirib. Aksiya iştirakçıları Ağ Evin başçısı D.Trampı dəstəkləyən plakatlar qaldırıblar.

Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.