Trampın Suriya açıqlaması: “Dünən prezident Ərdoğanla danışdım. Biz olmadan çox yaxşı olduğunu söylədi”

42

Hurriyyet.org xəbər verir ki, Ağ Evdə jurnalistlərlə görüşən ABŞ prezidenti Donald Tramp Suriyadakı ABŞ hərbçilərinin tamamilə geri qayıtması prosesinin  nə zaman başa çatacağı barəsində dəqiq tarix verməsə də,  əsgərlərin “mümkün qədər qısa müddət ərzində geri qayıtmalarını” istədiyini söyləyib.

Tramp deyib: “Hərbçilərimizi Suriyanın Türkiyə ilə sərhədindən çıxardığımız zaman hamı bunun “qorxunc” olduğunu deyirdi. Dünən prezident R.T. Ərdoğanla danışdım və Türkiyə-Suriya arasındakı sərhəddə vəziyyətin biz olmadan çox yaxşı olduğunu söyləyib. Biz Türkiyə və Rusiya sərhədini qoruyurduq. Bir il əvvəl bu qərarı verdiyim zaman məni tənqid edirdilər, indi onlar öz sərhədlərini qoruyurlar. Biz nefti qoruduq. Lakin bir müddət sonra neftlə bağlı problemləri də həll edəcəyik və oradan çıxacağıq”.

Hurriyyet.org