Trampın “Super-puper raketimiz var” açıqlamasına Rusiyadan cavab: “TƏSLİM OLURUQ”

27

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ Kosmik Qüvvələr Komandanlığı ilə Ağ Evdə keçirdiyi görüşdəki çıxışında deyib: “Əlimizdə raket layihəsi var mən onu “super-puper raket” adlandırıram. Dünən mənə verilən məlumata görə, bu raket hazırda malik olduğumuz raketlərdən 17 qat daha sürətli olacaq. Rusiyanın əlində səsdən beşqat sürətli raketlərin olduğunu, Çinin isə beş-altı qat daha sürətli raket layihəsi üzərində işlədiyini yəqin ki, eşitmisiniz. Bizimki isə 17 qat sürətli olacaq”.

Rusiya Federal Kosmik Agentliyinin (Roscosmos) rəhbəri Dmitri Roqozin “Tvitter” hesabında D.Trampın bu açıqlamasından bəhs edərək yazıb: “Yox, super-puper raketə qarşı heç nə edə bilmərik. Təslim oluruq!”

https://twitter.com/Rogozin/status/1261396111631286275