Trampın Hollivuddakı ulduzu dağıdılıb

39

ABŞ Prezidenti Donald Trampın Hollivudun “Məşhurlar bulvarı”ndakı ulduzu naməlum şəxs tərəfindən dağıdılıb. Trend-in məlumatına görə, hadisə Halk personajının geyimində olan naməlum şəxs tərəfindən külüng vasitəsilə törədilib.

Hazırda həmin şəxsin axtarışları davam edir. Hücum nəticəsində dəyən ziyanın məbləği 5 min dollar məbləğində qiymətləndirilir. Qeyd edək ki, D.Trampın Hollivudda ulduzu 2007-ci ildə “Şagird” realiti şousuna görə vurulub. Həmin dövrdən ulduz dəfələrlə hücuma məruz qalıb.