Trampın da dediyi kimi: “Türkiyə olmazsa, ABŞ-ın F-35 planı pozular”

15

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “F-35 təyyarələrinin əsas gövdəsi Türkiyədə istehsal edilir, Türkiyə F-35 hazırlanması üçün hissələri vermirik desə nə olar?” etirafından sonra, 2020-ci ilin martında (Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı üçün) Türkiyəni istehsal zəncirindən çıxaracağını bəyan etmiş ABŞ-ın uyğun alternativ tapa bilmədiyi aşkara çıxdı.

Türkiyə firmaları F-35 təyyarələrinin 1005 adda parçasını istehsal edir.

ABŞ S-400 sistemlərinin Rusiyadan Türkiyəyə göndərilməsinin ardından 2019-cu ilin 31 iyul tarixində Türkiyənin layihədən çıxarıldığını bəyan eləmişdi. Bu çərçivədə F-35 hissələrini istehsal edən Türkiyə şirkətləri ilə əməkdaşlığın dayandırılacağı açıqlansa da, rəsmi addım atılmamışdı.

ABŞ Hesablama Palatasının (GAO) hesabatında 2019-cı ilin dekabr tarixindən etibarən Türkiyənin istehsal elədiyi 1005 ədəd hissənin hamısı üçün alternativ istehsalçılar tapıldığı bildirilsə də, qeyd edilib: “F-35 proqramı üzrə yeni istehsalçıların tədarük edəcəkləri hissələrin qiymətlərinin Türkiyə tədarükçülərinin qiymətlərindən nə qədər fərqli olacağı qeyri-müəyyəndir. Lakin alternativ mənbələrin daha baha başa gələcəyi fərz edilir”.

Məsələ  ilə bağlı açıqlama verən Türkiyə müdafiə siyasəti analitiki Turan Oğuz deyib: “ABŞ Senatına verilən hesabatda da F-35-lərin bir müddət gecikəcəyi, maya dəyərinin artacağı bildirilmişdi. Türkiyədə bəzi xüsusi hissələr istehsal edilir. Məsələn, AYESAŞ bəzi elektron montaj platalarını istehal edir və dünyada bu plataların yeganə istehsalçısıdır”.

Hurriyyet.org