TRAMPI HİDDƏTLƏNDİRƏCƏK İRAN ÇIXIŞI

    6

    Hurriyyet.org xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel ABŞ prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən imtina eləmək qərarına etiraz edərək, İranın Amerikaya təslim olmayacağını bildirib.

    Alman Federal Məslisinin deputatları qarşısında çıxış edən Merkel Trampı sərt şəkildə tənqid edib. O, Amerika prezidentinin yanlış addım atdığını söyləyib və “İran ABŞ-a təslim olmayacaq” sözlərini deyib.

    “İran müqaviləyə sadiq qalır”

    Merkel Trampın İran ilə bağlanmış müqaviləyə uyğun olmayan şəkildə davrandığını söyləyib və deyib: “Problem bir müqaviləni pozduğunuz zaman daha yaxşısını bağlamağa bacarıb-bacarmamağınızdadır”.

    Beynəlxalq nüvə təşkilatlarının məlumatlarını sitat gətirən Merkel bildirib: “İdeal olmayan hərəkətlərə rəğmən, İran müqavilənin öhdəliklərinə sadiq qalmaqdadır”.

    Hurriyyet.org