TRAMPDAN KİM ÇENƏ SÜRPRİZ HƏDİYYƏ

    12

    Hurriyyet.org xəbər verir ki, Şimali Koreyanın lideri Kiç Çen In ilə görüşmək üçün paytaxt Pxenyana gəlmiş ABŞ xarici işlər naziri Mayk Pompeo ABŞ prezidenti Donald Trampın hədiyyəsini ona təqdim edib. Tramp Kim Çenə Elton Conun “Raket adam” (“Rocket Man”) adlı albomunu hədiyyə edib.

    M.Pompeo Şimali Koreya dövlətinin başçısı ilə birlikdə Koreya adasının nüvə silahından təmizlənməsi prosesini müzakirə eləmək üçün Pxenyana səfər edib.

    Xatırladaq ki, Donald Tramp ötən il Kim Çeni “Little Rocket Man” (“Balaca raket adam”) adlandırmışdı. O, ötənilki çıxışılarının birində demişdi: “Xaricdə hər yeri bombalayan raket adamımız var. Bu “raket adam” məsələsi bir neçə il bundan əvvəl həll edilməliydi, bu günə qalmamalı idi. Amma biz bunu həll edəcəyik, çünki buna məcburuq. “Balaca raket adam” həll edəcəyik, çünki başqa çıxış yolumuz yoxdur”.

    Hurriyyet.org