Trampdan İrana ismarıc: “ATƏŞLƏ OYNAYIRLAR!”

    21

    Hurriyyet.org xəbər verir ki, İranın zənginləşdirilmiş uran ehtiyatları limitini keçməsi barəsində: “Atəşlə oyanayırlar!” – deyə açıqlama verən ABŞ prezidenti Donald Tramp bu qərarın qəbuledilməz olduğunu söyləyib.

    Xəbər verdiyimiz kimi, dünən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkədə aşağı dərəcədə zənginləşdrilmiş uran ehtiyatının nüvə müqaviləsində nəzərdə tutulmuş 300 kq həddini keçdiyini bəyan eləmişdi. Bunun səbəbi, 2018-ci ilin may ayında prezident Donald Trampın ABŞ-ın İranla nüvə müqaviləsindən birtərəfli şəkildə imtina eləmək qərarını verməsi və İrana qarşı sanksiyalar tətbiq eləməsi olub. Sanksiyalar nəticəsində iqtisadi vəziyyəti ağırlaşan İran dövləti iyul ayından etibarən zənginləşdirilmiş uran ehtiyatlarının artırılacağını bildirmişi.

    Hurriyyet.org