Trampdan şok açıqlama! Fələstin və Səudiyyə Ərəbistanı da İsrail ilə…

84
NEW YORK - SEPTEMBER 23: Donald Trump attends the game between the New York Yankees and the Tampa Bay Rays on September 23, 2010 at Yankee Stadium in the Bronx borough of New York City. Mike Stobe/Getty Images/AFP

Hurriyyet.org xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Vaşinqtonda İsrail ilə müqavilə imzalamasından sonra ABŞ Prezidenti Donald Tramp maraqlı bir açıqlama verib. Tramp Fələstin ilə Səudiyyə Ərəbistanının İsrail ilə razılaşan ölkələrin sırasına qoşulmasını gözlədiyini bildirib. İsrail ilə ərəb ölkələri arasında barışığa Birləşmiş Ştatların vasitəçilik etdiyini xatırladan Tramp daha 5-6 ölkənin İsrail ilə müqavilə bağlamaq niyyətində olduğunu bildirib.

“Ən axırda Fələstin də İsrail ilə barışmaq üçün gələcək. Bilirsiniz ki, Fələstinlilərə verdiyimiz yardımları bundan əvvəl dayandırmışam. Biz onlara ildə 750 milyon dollar pul verirdik, onlar isə ölkəmiz haqqında çox pis şeylər söyləyirdilər, ona görə də onları maliyyələşdirməyi dayandırdım. Sonra çox zəngin ölkələr Fələstinə maliyyə göndərməyə başladılar. İndi o ölkələr də İsrail ilə razılaşırlar”.

Tramp Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ilə bu yaxınlarda telefonla danışdığına işarə vuraraq deyib: “Məncə günün axırında Səudiyyə Ərəbistanı da İsrail ilə razılaşacaq. Düzdür, bu barədə əlimdə məlumat yoxdur, amma kral Salman ilə danışarkən bunu hiss elədim”.